Ötən ay Azərbaycandan Gürcüstana 1 milyon 750 min dollar pul köçürülüb.
Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.
Aprel ayında Gürcüstandan Azərbaycana isə 1 milyon 140 min dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.
Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 milyon dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 milyon dollar və ya 10,1% çoxdur.
Report.az