Azərbaycandan Gürcüstana pul köçürmələri artdı | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri artdı

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

Bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb. Azərbaycandan olan pul köçürmələri ümumi köçürmələrdəki 1,35% paya malik olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,2 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar ayında Gürcüstana xarici ölkələrdən köçürmə yolu ilə ümumilikdə, 125,6 milyon ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 9,9 milyon ABŞ dolları və yaxud 8,6% çoxdur.

Qonşu ölkədən xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə 19,1% artaraq 18,5 milyon ABŞ dolları təşkil edib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç