Azərbaycandan Gürcüstana pul köçürmələri 42%-dək azalıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri 42%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Gürcüstana 26 milyon 244 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü illə müqayisədə 18 milyon 743 min dollar və ya 41,7% azdır. 2024-cü ildə bu məbləğ 44 milyon 987 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,2% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram