Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 26 mln. 711,4 min dollar dəyərində elektrik enerjisi ixrac edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 153, 8 min dollar və ya 0,5% azdır.
Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 26 mln. 865,2 min dollar dəyərində elektrik enerjisi alıb.
Report.az