Azərbaycandan Gürcüstan iqtisadiyyatına 444 milyon dollar yatırım | Banco.az

Azərbaycandan Gürcüstan iqtisadiyyatına 444 milyon dollar yatırım

Xarici investorlar sırasında Azərbaycan birinci yerdədir.

Banco Azərtac-a istinadən xəbər verir ki, cari ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur.

Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yerdədir.