Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında MDB ölkələrinə 946 milyon 482 min dollarlıq məhsul ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 17 milyon 147 min dollar və ya 1,7% azdır.
Hesabat dövründə Azərbaycanın ən çox mal ixrac etdiyi MDB ölkəsi Rusiya olub. Ən çox məhsul idxal edən 5 MDB ölkəsinin siyahısı aşağıdakı kimidir:
Ölkələr |
Dəyər (min dollar) |
Rusiya |
711.534.240 |
Qazaxıstan |
68.609.860 |
Türkmənistan |
52.787.320 |
Ukrayna |
44.083.580 |
Özbəkistan |
26.684.410 |
Bizi sosial şəbəkələrdən izləyin!!