Azərbaycandan BƏƏ-yə qeyri-neft məhsullarının ixracı 18%-dək artıb | Banco.az

Azərbaycandan BƏƏ-yə qeyri-neft məhsullarının ixracı 18%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qeyri-neft məhsullarının ixracı illik müqayisədə 10 milyon 696 min dollar və ya 17,5% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında BƏƏ-yə qeyri-neft ixracının dəyəri 50 milyon 339 min dollar təşkil edib. 

2023-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 61 milyon 35 min dollar olub. 

Qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanın qeyri-neft ixracından gəlirləri 3 milyard 90 milyon 619 min dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram