“Önümüzdəki 8 il ərzində Türkiyəyə təxminən 20 milyard dollarlıq investisiya qoyulacaq. Bu da Azərbaycanın xaricdə qoyacağı ən böyük investisiya olacaq”
Bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xarici İqtisadi Əlaqələr Konseyi və Türk-Azərbaycan İş Konseyinin birgə təşkil etdiyi toplantıda səsləndirib. Türkiyə ilə Azərbaycan arasında 3,3 milyard dollarlıq ticarət dövriyyəsi olduğunu vurğulayan səfir ticarətin qarşılıqlı olaraq 15 milyarda çatdırılmalı olduğunu qeyd edib. Bağırov həmçinin bu investisiyanın böyük qisminin İzmir bölgəsinə qoyulacağını bildirib.
Qafqazinfo