Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri 2 hissəyə bölünəcək | Banco.az

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri 2 hissəyə bölünəcək

Oktyabrın 24-də “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 3121-ci məhəllə ünvanında olacaq.

Yığıncağın gündəliyinə bir qrup səhmdarın Cəmiyyətdən ayrılması və yeni hüquqi şəxs yaratması, bununla əlaqədar nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi, icra orqanlarının formalaşdırılması, yeni yaradılmış MMC-lərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq olunması, dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 598 894 manatdır. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et