Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.
Banco.az olaraq 2015-ci ilin oktyabr ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.
Banco.az Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin sentyabr ayı ilə müqayisədə ATM-lərin sayı 4 ədəd artaraq, 2711-ə çatıb. Bu bankomatlardan 1525-i Bakının, 1186-sı isə regionların payına düşür.
Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 3 ədəd artım olub. Regionlarda isə 1 ədəd yeni bankomat istifadəyə verilib.
ATM-lərlə müqayisədə, POS terminalların sayında nəzərəçarpan azalma olub. Belə ki, iyun ayı ilə müqayisədə onların sayı 238 ədəd azalaraq 76932 –yə düşüb. Pərakəndə ticarət mərkəzlərinin payına düşən POS terminallar isə 230 ədəd azalaraq, 75461-ə bərabər olub.
Regionlarda POS terminalların sayı 38 ədəd azalaraq 28692-dən 28654 –ə enib. Bakıdakı POS-terminalların sayı isə 200 ədəd azalıb.