Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-iyun aylarını 0,03 milyon manat zərərlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin eyni dövrünü də zərərlə (0,72 milyon manat) başa vurmuşdu.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2.4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2% azalaraq 2,6 milyon manata, balans kapitalı isə 11% artaraq 10,1 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!