Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 60% artıb | Banco.az

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 60% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları bu ilin birinci rübünü 0,8 milyon manat xalis zərərlə başa vurub. Bu isə illik müqayisədə 60% çoxdur.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2023-cü ilin eyni dövrünü də zərərlə (0,5 milyon manat) başa vurmuşdu.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,5 milyon manat və ya 3,8% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 0,2 milyon manat və ya 5,6% azalaraq 3,4 milyon manata, balans kapitalı isə 0,3 milyon manat və ya 3,2% azalaraq 9,2 milyon manata enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram