Azərbaycandakı bankomatların sayı kəskin azalıb | Banco.az

Azərbaycandakı bankomatların sayı kəskin azalıb

Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.

Banco.az saytı olaraq 2015-ci ilin iyul ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.

Banco.az  Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin iyun ayı ilə müqayisədə ATM-lərin sayı 18 ədəd azalaraq, 2685-ə enib.  Bu bankomatlardan 1507-si Bakının, 1178-i isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 23 ədəd azalma olub. Regionlarda isə əksinə 5 ədəd yeni bankomat istifadəyə verilib.

ATM-lərlə müqayisədə, POS terminalların sayındakı azalma daha nəzərəçarpan olub. Belə ki, iyun ayı ilə müqayisədə onların sayı 305 ədəd azalaraq 77959 -a düşüb. Pərakəndə ticarət mərkəzlərinin payına düşən POS terminallar isə 339 ədəd azalaraq, 48245-ə bərabər olub.

Regionlarda POS terminalların sayı 23 ədəd  artaraq  28826-dan 28849 –a yüksəlsə də, Bakıdakı POS-terminalların sayı 328 ədəd azalıb.