Azərbaycandakı aktiv şirkətlərin sayı açıqlanıb | Banco.az

Azərbaycandakı aktiv şirkətlərin sayı açıqlanıb

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452 min 242 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21 min 394-ə çatıb.

Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 min 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380 min 312-yə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17 min 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 min 377-ə çatıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et