Azərbaycanda zərərlə işləyən bankların sayı azalaraq 10-a çatıb | Banco.az

Azərbaycanda zərərlə işləyən bankların sayı azalaraq 10-a çatıb

Sonuncu dəfə 2014-cü ilin aprelində 11 bankın zərərlə fəaliyyət göstərməsi barədə məlumat bildirilmişdi.

İyun ayının 1-nə olan məlumatlara görə isə Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 10-u bu dövrü zərərlə, 34-ü isə gəlirlə başa vurub. Keçən il analoji dövründə isə 38 bankın gəlirlə, 5 bankın isə zərərlə işlədiyi barədə məlumat açıqlanmışdı. Aprel ayında zərərlə işləyən bankların sayı 11-ə çatdığı təqdirdə, may ayında bu bankların sayının azalaraq, 10-a çatdığı müəyyən olunmuşdu.

Keçən ilin may ayı ilə müqayisədə, bank sisteminin zərərlilik göstəricisi 4 dəfə artıb. Belə ki, ötən il may ayında zərərlilik göstəricisi 8,12 milyon manat təşkil edib.

Buna baxmayaraq, gəlirlə işləyən bankların gəlir səviyyəsinin yüksəlməsi bank sisteminin mənfəət həcminin artmasına gətirib çıxarmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə, bank sisteminin xalis mənfəəti 92,17 milyon manat və ya 63% artmaqla, 237,4 milyon manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 2014-cü ilin yanvar ayında zərərlə işləyən bankların sayı 5-ə, mart ayında isə 9-a çatırdı.

Sonuncu dəfə 2014-cü ilin aprel ayında 11 bankın zərərlə işlədiyi barədə məlumat elan edilmişdi.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 mln. manat zərərlə, 2012-ci ili 130,01 mln. manat gəlirlə, 2013-cü ili isə 267,57 mln. manat gəlirlə başa vurub.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, zərərlə işləyən bankların sayının artması zəruri aktivlərin yaradılmasına istiqamətlənmiş konservativ siyasətin tətbiqi ilə bağlıdır.

Bu vəziyyət bankların maliyyə sabitliyi və fəaliyyəti üçün heç bir təhlükə yaratmır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et