Azərbaycanda yüklərin sığortası üzrə ödənişlər kəskin artıb | Banco.az

Azərbaycanda yüklərin sığortası üzrə ödənişlər kəskin artıb

Bu ilin I yarısında Azərbaycanda yüklərin sığortası üzrə 1,742 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% azdır.

Son 1 ildə bu sığorta növü üzrə ödənişlər isə 9,6 dəfə artaraq 236 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Yığımların azalması, ödənişlərin isə kəskin artması yüklərin sığortası üzrə zərərliliyi də artırıb. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında bu növ sığortadan toplanılmış hər 100 manat sığorta haqqının 0,9 manatı müştərilərə geri ödənilmişdisə, 2019-cu ilin yanvar-iyun aylarında bu rəqəm 13,5 manat olub. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et