Azərbaycanda yük sığortası bazarı 4%-dən çox böyüyüb | Banco.az

Azərbaycanda yük sığortası bazarı 4%-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yüklərin sığortası üzrə yığımlar 3,045 milyon manata yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Belə ki, ötən ilin yanvar-iyul aylarında yük sığortası üzrə 2,923 milyon manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə yük sığortası üzrə ödənişlərin həcmi 5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,7 dəfə azdır. 2021-ci ilin yeddi ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 74,2 min manat olmuşdu.

Zərərliliyin aşağı olması yük sığortasını sığorta bazarında ən gəlirli sığorta növlərindən birinə çevirib. Belə ki, ötən ilin yeddi ayında bu sığorta növü üzrə toplanan hər 100 manatdan 2,5 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm cəmi 20 qəpik təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram