İndiyədək Azərbaycanda 100.637 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard manatdan, yaxud 10,2 faizdən çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!