Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 8%-dək azalıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 8%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1,2 milyard manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,7% azdır.

Ötən ilin eyni dövründə bu göstərici 1,3 milyard manata bərabər olub.

Məlumata görə, təkcə bu ilin iyul ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 218,8 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram