Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 16 mln. manatdan çox artıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 16 mln. manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar ayında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 187,9 milyon manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon manat və ya 9,7% çoxdur. 

Ötən ilin eyni dövründə bu göstərici 171,5 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et