Banco.az Mərkəzi Banka istinadən bildirir ki, 2015-ci ilin oktyabr ayında əhalinin bankdakı əmanətləri 138,9 milyon manat və ya 1,9% azalaraq 7 mlrd. 172,9 mln. manata düşüb. Cəmi əmanətlərdən 1723,8 mln manatı və ya 24%-i milli valyuta, 5449,1 6 mln manatı və ya 76%-I isə xarici valyutada yerləşdirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cəmi əmanətlərin həcmində 167,5 mln. manat artım qeydə alınıb. Milli valyutada olan əmanətlər 54 mln azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 84,9 mln azalıb.
Qısamüddətli əmanətlər isə 92,9 mln. manat azalaraq, 4 mlrd. 494,6 mln. manat olub.
Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6280,5 mln manat, qeyri - rezidentlərin əmanətləri isə 892,5 min manat olub.