Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb | Banco.az

Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, nəzarət tədbirləri çərçivəsində işğal altında olan ərazilərdə qeyri-qanuni formada fəaliyyət göstərən pulköçürmə sistemləri də diqqət mərkəzində saxlanılır. Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunanlar nəzərə alınaraq ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.

Ən sərfəli krediti almaq üçün müraciət et