Azərbaycanda xarici malların istehlakı artır | Banco.az

Azərbaycanda xarici malların istehlakı artır

2019-cu ilin 9 ayında əmtəə idxalı ö.i.m.d.n. 2.9% artaraq 8.1 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.8 milyard dollar olmuş, bunun da 1.2 milyard dolları ərzaq məhsullarının payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında әmtәә idxalı 7.9 milyard dollar tәşkil etmişdi, o cümlәdәn istehlak mallarının idxalının ümumi dәyәri isә 3.6 milyard dollar olmuş, bunun da 1.1 milyard dolları әrzaq mәhsullarının payına düşmüşdü.

2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə idxal ötən ilin eyni dövrünə nəzərən cüzi (1%) artaraq 6.8 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.5 dəfə), şəkərin (29.8%), dəmiryol nəqliyyat vasitələrinin (2 dəfə), dənli bitkilərin (49.2%), kağız məmulatlarının (20.4%), tərəvəz məhsullarının (21.1%) və kimya məhsullarının (26.9%) idxalı artmış, tütün və tütün məhsullarının (15%), alkoqollu və alkoqolsuz içkilərin (16.9%), mebel məhsullarının (3.7%), qara metal və ondan hazırlanmış məmulatların (1.8%) və ağac məmulatlarının (5.3%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 652 milyard dollar olmuşdur.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında qeyri-neft sektoru üzrә idxal 2017-ci ilin eyni dövrünə nəzərən 24.3% artaraq 6.7 milyard  olmuşdu. Qeyri-neft idxalının strukturunda minik avtomobillәrinin (2.1 dәfә), kimya mәhsullarının (1.5 dәfә), qara metal vә ondan hazırlanmış mәmulatların (1.4 dәfә), mebel mәhsullarının (23.3%), kağız mәmulatlarının (18.3%), daş vә şüşә mәmulatlarının (23%), alkoqollu vә alkoqolsuz içkilәrin (29.2%) idxalı artmış, şәkәrin (1.7 dәfә), tütün vә tütün mәhsullarının (10.3%), tәrәvәz mәhsullarının (13.2%) idxalı isә azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gәtirilmiş maşın-avadanlıqların vә malların xüsusi çәkisi 9.8% tәşkil edәrәk 777.1 milyard dollar olmuşdu.

marja