Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb | Banco.az

Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü il dekabr ayının 1-nə bankların kredit qoyuluşları 22 mlrd. 881 mln. manat təşkil edib. Bunun da 76.3%-i və ya 17 mlrd. 449 mln. manatı Bakı şəhərinin payına düşüb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.5% və ya 2 mlrd. 355 mln. manat artıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 15 mlrd. 144 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et