2023-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 810,7 milyon manat vergi daxil olub.
Banco.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,6 faiz və ya 2,3 milyard manat artıb.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 7,4 milyard manat olub. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19,3 faiz və ya 1,2 milyard manat artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!