Azərbaycanda və Avropada kredit faizləri | Banco.az

Azərbaycanda və Avropada kredit faizləri

İnsanlar öz maddi və mənəvi tələbatlarını ödəməkdə çətinlik çəkir, qazandıqları pul onların ehtiyaclarını qarşılamır.  Buna görə də əhalimiz kreditlərə üz tutur. Azərbaycanlılar  bu gün qazandığından daha çox xərcləyir və daimi borcla yaşayır. Bir krediti götürür ki, digər krediti bağlasın. Amma kredit mükəlləfiyyətindən xilas ola bilmir.

Əhalinin aşağı təbəqəsi, istər toy edəndə, istər, yas, istər xəstəxanalara işi düşünəndə, yeni körpəsi doğulanda, əsgərliyə kimisə yola salanda, mənzil alanda, təmir və s məqsədlərlə kredit almağa məcbur qalır.

Beləliklə istehlak kreditlərinin məhdulaşdırılmasına rəğmən kredit tələbi artmaqda davam edir.  Kreditin bahalılığı amilinə də ən çox məhz bu təsir göstərir.

Portalımıza daxil olaraq, siz kredit faizləri ilə daha yaxından tanış ola bilərsiniz. Amma təsəvvürünüz olsun deyə bildirək ki, ölkəmizdə nağd pul kreditləri 18-31%, avtomobil kreditləri 14-25%, iri biznes kreditləri  8-12%, kiçik biznes kreditləri isə 20-33% arasında dəyişir. Təbii ki, bu zaman kreditin məqsədi, müddəti, müraciət edən şəxsin təkrar müştəri olub-olmaması da vacib rol oynayır.

Düzdür, Mərkəzi Bankın 2013-cü il üzrə illik hesabatında bu faizlərin daha aşağı olduğu görünür, amma nəzərə almaq lazımdır ki, burda istehlak kreditləri üzrə deyil, bütün verilən kreditlər (ipoteka, biznes, güzəştli kreditlər və s) üzrə orta faiz dərəcəsi çıxardılıb.

Azərbaycanda kreditlərin qiyməti Avropa ilə müqayisədə xeyli bahadır.

Məsələn İspaniyada kreditlər üzrə normal faiz dərəcəsi adətən 4-6% arasında dəyişir. Lakin 3%-lə kredit verən banklar da vardır. Bununla yanaşı ipoteka kreditləri üzrə faizlər 0,097 həndəvərində dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Almaniyada və Belçikada da kredit faizləri 4-7%  arasında hərəkət edir.

Yunanıstanda müddəti 1 ilə qədər olan və 1 ildən beş ilə qədər olan istehlak kreditləri borcalana illik 8,5%-ə başa gəlir.  Müddət beş ildən daha uzun olan kreditlər isə illik 9%-lə verilir. 

Ucuz istehlak kreditlərini İtaliyada rast gəlmək mümkündür. Burda müxtəlif kredit növləri üzrə orta faiz dərəcəsi Azərbaycanla müqayisədə 4-5 dəfə daha aşağıdır. Bir ilə qədər istehlak kreditləri üzrə faizlər təxminən 3, 64% təşkil edir. 1 ildən 5 ilə qədər olan kreditlər isə orta hesabla 4,32%-lə verilir, 5 ildən daha uzun müddətə veriləm kreditlərdə isə bu rəqəm 5,24% təşkil edir.

Fransada da kreditlər 3,50%-dən başlayır.

Avropada kredit faizlərinin qısaca səciyyəsi:

  1. İstehlak kreditləri normalda 4%-7% arasında olur;
  2. Biznes kreditləri təminatdan asılı olaraq, 2%-5% arasında;
  3. Qısa və ya uzunmüddətli ipoteka kreditlər 1%-3% arasında;

Həmçinin hər bir müəssisənin ödəmə qabiliyyətinə, kreditin müddətinə bə zəmanətlərə diqqət yetirmək tələb olunur.

Könül Soltanova, Banco.az