Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,5%-dək azalıb | Banco.az

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,5%-dək azalıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 9,8% - 15 milyard 957,3 milyon manatadək artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Oktyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 871,1 milyon manat (hesabat dövründə azalma 2,5% - İF) və ya bütün kreditlərin 5,5%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.

Sentyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 978,2 milyon manat (artım 7,3%) və ya bütün kreditlərin 18,7%-i, özəl banklar tərəfindən 12 milyard 560,5 milyon manat (artım 10,4%) və ya bütün kreditlərin 78,7%-i həcmində kredit verilib. Qalan 418,6 milyon manat (artım 12,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.

2021-ci il oktyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 707,9 milyon manat (artım 14,7%) milli valyuta, 4 milyard 249,4 milyon manat (azalma 1,8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 26,6% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.

2021-ci il oktyabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 579,2 milyon manat (bütün kreditlərin 16,2%-i) ticarət və xidmət sahələrinin, 745,4 milyon manat (4,7%) energetika, mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 573 milyon manat (3,6%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 857,9 milyon manat (5,4%) tikinti və daşınmaz əmlak sahələrinin, 908,3 milyon manat (5,7%) sənaye və istehsal sektorunun, 753,9 milyon manat (4,7%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 931,8 milyon manat (49,7%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-sentyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 18,2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

interfax

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et