Azərbaycanda üst geyim istehsalı 3,5 dəfə artıb | Banco.az

Azərbaycanda üst geyim istehsalı 3,5 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 69,1 milyon manatlıq geyim istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Hesabat dövründə Azərbaycanda üst geyim istehsalı 364,6 min ədəd (1 il əvvələ nisbətən 3,5 dəfə çox), alt geyim istehsalı 416,7 min ədəd (71,8 % çox), corab məmulatları istehsalı 1 milyon 812,7 min cüt (15,8 % çox), kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri istehsalı 158,7 min ədəd (71,5 % az), qadın və ya qızlar üçün kostyum və komplektləri istehsalı 3 178 ədəd (79,2 % çox) təşkil edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et