Azərbaycanda ÜDM istehsalı artıb | Banco.az

Azərbaycanda ÜDM istehsalı artıb

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 57,7%-dən 68,4%-dək yüksəlib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 36,0 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Banco.az  Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,3% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 57,7%-dən 68,4%-dək yüksəlib. Ümumi daxili məhsulun 31,6%-i neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə ümumi daxili məhsulun 34,6%-i sənayedə, 13,4%-i tikintidə, 9,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 6,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 2,8%-i yaşayışın təşkili və ictimai iaşə, 2,0%-i informasiya və rabitə, 17,2%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ni təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et