Azərbaycanda ÜDM-in həcmi açıqlanıb | Banco.az

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Cari ilin yanvar-fevral aylarında ölkədə 19 mlrd. 812,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb.

    ÜDM istehsalının 50,3%-i sənaye, 8,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i tikinti, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 16,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ni təşkil edib.

    Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram