Azərbaycanda Türkmənistan benzini satılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda Türkmənistan benzini satılacaq

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

“BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.

©  “İnterfaks-Azərbaycan”