Əvvəllər məlumat verildiyi kimi, Türkiyənin T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir.
T.C. Ziraat Bankasının müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında qanunvericiliyə müvafiq olaraq baxılmışdır. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 30.12.2014-cü il tarixli qərarı ilə “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilmişdir.
Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcəkdir.