Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır | Banco.az

Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır

Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bununla bağlı mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.

"Bələdçilik turizmin ümumi inkişaf zəncirində mühüm halqalardan biridir. Bu gün peşəkar bələdçilərə böyük ehtiyac var. Müxtəlifdilli bələdçilərin hazırlanması üçün müxtəlif təlimlər keçirilib. Proses akreditasiya sisteminə və beynəlxalq standartlara uyğun şəkildə aparılacaq. Turizm haqqında yeni qanunda bələdçilərin sertifikatlaşdırılmasının hüquqi əsasları da əksini tapıb. Bələdçilərin reysteri aparılacaq", - F.Nağıyev deyib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram