Azərbaycanda turagent və turoperatorların gəlirləri 2 dəfə artıb | Banco.az

Azərbaycanda turagent və turoperatorların gəlirləri 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Azərbaycanda turagent və turoperatorların gəlirləri 166 milyon 392,3 min manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 87 milyon 620 min manat və ya 2,1 dəfə çoxdur.

Məlumata görə, ötən il ölkədə fəaliyyət göstərən turagent və turoperatorların sayı 381-ə bərabər olub. Bu sahədə çalışanların sayı isə 2 132 nəfər təşkil edib.

Bunlar 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27% və 25,6% çoxdur.

Turizm şirkətlərinin məhsul (xidmət) istehsalına çəkilən xərclər isə 2,5 dəfə artaraq 143 milyon 849 min manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram