Azərbaycanda törəməsi olan bankdan 2 milyard 550 milyon manat mənfəət | Banco.az

Azərbaycanda törəməsi olan bankdan 2 milyard 550 milyon manat mənfəət

Türkiyənin "Ziraat Bankası" 2018-ci ildə 7.96 milyard Türk lirəsi (TL) (2,55 milyard manat) xalis mənfəət əldə etdiyini açıqlayıb. 

Bankın maliyyə göstəricilərinə görə, maliyyə ili ərzində xalis faiz gəliri 21.9 milyard TL (7 milyard AZN), xalis haqq və komissiya gəliri isə 2.64 milyard TL (845 milyon AZN) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC-nin nizamanmə kapitalının 99.98%-i "Ziraat Bankası"na, 0.01%-i "Ziraat Sigorta Anonim Şirkəti"nə və 0.01%-i  "Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti"nə məxsusdur. 

Xəbər verdiyimiz kimi, "Ziraat Bank Azərbaycan" ASC 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəət ilə başa vurub.

marja