Azərbaycanda törəməsi olan bank 950 milyon dollarlıq kredit cəlb edib | Banco.az

Azərbaycanda törəməsi olan bank 950 milyon dollarlıq kredit cəlb edib

Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda törəmə bankı olan "Yapı Kredi", 2019-cu ilin ikinci yarısında 21 ölkədən 39 bankın iştirakı ilə 950 milyon dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.

İlin ikinci yarısında sindikatlaşdırılmış kredit alışı təkliflərinə 1 milyard dolların üzərində tələb gəlib. "Bankımıza daha çox kreditin veriləmsi istəyi beynəlxalq bazarlrda Türkiyəyə və "Yapı Kredi"yə olan etibarı bir daha göstərdi", - Bankın açıqlamasında deyilir

Sindikatlaşdırılmış kreditin müddəti 367 gün təyin olunub. Kreditin cəmi xərci isə libor +  2,25% və euribor +  2,10% olaraq reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın İdarə Heyətinin sədri Gökhan Erün bildirib ki, sərfəli faiz nisbətləri ilə iki ayrı valyutada cəlb edilən bu kredit, xarici ticarətin maliyyələşdirilməsində və ümumi təşkilati məqsədlər üçün istifadə ediləcək.

"Yapı Kredi"nin cəlb etdiyi 950 milyon dollarlıq sindikatlaşdırılmış krediti "Bank of America Merrill Lynch" təşkil edib. Koordinatorluğunu "The Commercial Bank Qatar" və "Emirates NBD Capital Limited", vasitəçiliyini isə "Mizuho Bank Ltd"  boynuna götürüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et