Azərbaycanda tikinti materiallarının istehsalı artıb | Banco.az

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil edub.

Tikinti kərpicinin istehsalı 38,1 faiz, tikinti əhənginin istehsalı 48,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,1 faiz artıb, sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz, tikinti gipsinin istehsalı 66,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 686,8 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 82,4 faiz artım, metallurgiya sənayesində 11,7 faiz azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 20264,6 ton (2,2 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et