Azərbaycanda tibbi məhsullara 821 mln. manat pul xərclənib | Banco.az

Azərbaycanda tibbi məhsullara 821 mln. manat pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 821,5 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,8% çoxdur. 

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram