Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 735,1 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,2% çoxdur.
Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!