Azərbaycanda təhsil naziri təyin olundu | Banco.az

Azərbaycanda təhsil naziri təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib:

“Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. Təbrik edirik! Ölkəmiz, təhsilimiz üçün xeyirli-uğurlu olsun!”

Ən sərfəli kredit üçün müraciət et

Rəsmi sərəncamın yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Oxu.Az