Azərbaycanda süni qiymətlərlə mübarizəyə başlayıblar | Banco.az

Azərbaycanda süni qiymətlərlə mübarizəyə başlayıblar

İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda süni qiymət artımının qarşısını almaq üçün təbirlərə başlayıb

Süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri cəzalandırılacaq.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.

Nazirlik istehlak bazarında araşdırmalara başlayıb.Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən, süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

Bu məsələyə Prezident İlham Əliyev də öz münasibətini bildirərək deyib ki, məhsulları süni şəkildə bahalaşdıranlar cəzasız qalmayacaq.

Ən sərfəli kredit üçün müraciət et