Azərbaycanda su kanalı 96 milyon manata yenidən qurulacaq | Banco.az

Azərbaycanda su kanalı 96 milyon manata yenidən qurulacaq

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs tender elan edib.

Tenderdə Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulması üzrə I mərhələ – Yeni Cənubi Muğan kanalının Maşın qolunun nasos stansiyası ilə birlikdə yenidən qurulması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 95 595 782 manatdır.