Qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda su ehtiyatları son illərdə təqribən 15 %-dən çox azalıb.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, təəssüf ki, növbəti illərdə də proqnozlar daha kəskindir və azalma davam edəcək: “Bu dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, heyvandarlığa mühüm təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsədi ilə konkret fəaliyyətlər həyata keçirilməlidir”.
report