Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 20%-dən çox artıb | Banco.az

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 20%-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 225,6 milyon manat təşkil edib.

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

6 aylıq sosial sığorta daxilolmalarının 1 389,2 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 20,2% çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 77,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur. 6 aylıq işsizlikdən sığorta daxilolmalarının 55,9 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 20,8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et