Azərbaycanda son ayların ən yaxşı beş RTM postu - Foto | Banco.az

Azərbaycanda son ayların ən yaxşı beş RTM postu - Foto

Son ayların ən yaxşı Real Time Marketinq (RTM) postlarını təqdim edirik.

1.“De Gəlsin” taksi xidməti Vergilər nazirliyində nazir dəyişikliyindən sonra aşağıdakı RTM-i etmişdi.

2. Fil Reklam Agentliyi şahmatçımız Şəhriyar Məmmədyarova olan dəstəyini aşağıdakı RTM ilə nümayiş etdirmişdi.

3. “Nokia”, “Fly”, “UleFone” markalarının Azərbaycanda eksklyuziv distribyutoru olan “Mobitel” şirkəti Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çenin aprelin 27-də ilk dəfə görüşməsini “Nokia” markasının “Connecting People” sloqanı ilə birləşdirmiş və sosial şəbəkələrdə bəyənilən və müzakirə olunan ən yaxşı RTM olmuşdu. “Mobitel” RTM-i “Daha təhlükəsiz dünya naminə. Kim istəməz?” sözləri ilə “Mobitel”in rəsmi “Facebook” platforması üzərindən paylaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

4 və 5-ci, yəni son iki RTM post isə “ASAN xidmət”ə məxsusdur.

Müştərilərdən biri “Unibank”da WC problem ilə bağlı sosial şəbəkələrdə narazılığını bildirmişdi. Çox güman ki, “ASAN xidmət” aşağıdakı RTM postu ilə sosial şəbəkə istifadəçiləri arasında müzakirə olunan məsələyə reaksiyasını bildirmişdi. RTM post “ASAN xidmət” mərkəzlərində həm xidmət ala, həm də digər işlərinizi görə bilərsiniz” cümləsi ilə paylaşılmışdı.

Mayın 31-də isə İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan vəzifəsindən istefa vermişdi. “ASAN xidmət” “Real Madrid” azarkeşlərini məyus edən qərar ilə bağlı aşağıdakı RTM-i etmişdi.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et