Azərbaycanda son 11 ildə neft hasilatı 13% azalıb | Banco.az

Azərbaycanda son 11 ildə neft hasilatı 13% azalıb

Azərbaycanda 2008-2018-ci illərdə 480,3 mln. ton neft hasil olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, ötən dövr ərzində ən yüksək hasilat göstəricisi 2010-cu ildə qeydə alınıb – 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir.

Son 11 il ərzində Azərbaycanda neft hasilatı 12,8% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata əsasən, son 11 ildə ölkədə istehsal olunan neftin 89,5 mln. tonu məhz SOCAR-ın payına düşüb. Şirkət üzrə ən yüksək göstərici (8,6 mln. ton) 2008-ci ildə, ən aşağı hasilat göstərici isə (7,4 mln. ton) 2017-ci ildə qeydə alınıb.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et