Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-sentyabr aylarında 1 milyard 23 milyon 707 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 87 milyon 772 min manat və ya 9,4% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553 milyon 746 min manata bərabər olub. Bu da illik müqayisədə 153 milyon 359 min manat və ya 38,3% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!