Azərbaycanda sığorta şirkəti ləğv edilir | Banco.az

Azərbaycanda sığorta şirkəti ləğv edilir

Azərbaycanda vaxtıilə aparıcı sığorta şirkətlərindən biri olan “Başak-İnam Sığorta Şirkəti”     ləğv edilir.

“Başak-İnam Sığorta Şirkəti” ( VÖEN:1300045461) ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi ev 15, mənzil 4A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Başak-İnam Sığorta Şirkəti”in lisenziyası 6 oktyabr 2017-ci ildə ləğv olunmuşdur, səbəb isə məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olması olmuşdur.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i  "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et