Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır | Banco.az

Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır

Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi istiqamətində işlər görüləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin "Rəqəmsal iqtisadiyyat" şöbəsinin rəisi Cavid Abdullayev deyib.

O bildirib ki, ilkin olaraq Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqinə dair ehtiyatlı addımların atılması nəzərdə tutulub: "2022-2026-cı illərin sosial-iqtisadi inkişaf strategiyasında ilkin olaraq sığorta bazarında blokçeyn texnologiyalarının tətbiqi (ağıllı müqavilələr) istiqamətində işlərin araşdırılması hədəflənib".

C. Abdullayevin sözlərinə görə, ölkə iqtisadiyyatının digər sahələrində blokçeyn texnologiyalarının tətbiqinə dair işlərin görülməsi digər mərhələlərdə planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram