Azərbaycanda sığorta ödənişlərinin həcmi 157 mln. manat artıb | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin həcmi 157 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-iyul aylarında 833 milyon 581 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 71 milyon 780 min manat və ya 9,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440 milyon 192 min manata bərabər olub. Bu da illik müqayisədə 157 milyon 215 min manat və ya 55,5% artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram